Moskvadan Krıma gedən avtobus vuruldu: ölənlər var

03.06.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Rusiyanın ilhaq etdiyi Krımda, Moskvadan Simferopola gedən avtobusa Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində yeddi nəfər həlak olub.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, bu barədə hücumun baş verdiyi Moskvanın nəzarətində olan Ukraynanın Donetsk bölgəsinin hakimiyyət orqanları məlumat verib. Rusiyanın yaratdığı yerli administrasiyanın rəhbəri Denis Puşilin qeyd edib ki, Yenakiyevoda pilotsuz təyyarə Moskva-Simferopol avtobusuna zərbə endirib: “İlkin məlumata görə, yeddi mülki şəxs həlak olub. Digər on bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və hamısı lazımi tibbi yardım alır”.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью