Moskvadan şok tələb: bu postsovet ölkələri Rusiyanın tərkibinə daxil olmalıdır

11.01.2025

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev deyib.

Juravlev əvvəllər Kalininqrad vilayətinə iddialar irəli sürən Litva prezidenti Gitanas Nausedanın sözlərinə cavab verib. Qeyd edib ki, onun məntiqini rəhbər tutaraq, İkinci Dünya Müharibəsinin nəticələrini nəzərdən keçirərkən, bütün Baltikyanı region Rusiyanın tərkibində olmalıdır.

“Əgər biz İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxacaq olsaq, o zaman bütün Baltikyanı region inqilabdan əvvəl olduğu kimi Rusiyaya məxsus olmalıdır. O cümlədən, 1795-ci ildən Rusiya İmperiyasının Vilna quberniyasının paytaxtı olan Vilna - indiki Vilnüs şəhəri ”, - deputat bildirib.

Siyasətçi əlavə edib ki, Rusiya Federasiyası öz torpaqlarını müdafiə etməyə hazırdır.

Akqabay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью