Moskvadan Termezə uçan təyyarə eniş edə bilmədi

08.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

“Uzbekistan Airways” aviaşirkətinin Moskvadan gələn təyyarəsi Özbəkistanın cənubundakı Termez şəhərinə eniş edə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkəti məlumat yayıb.

Duman səbəbindən təyyarə Səmərqəndə yönləndirilib.

"Uzbekistan Airways” aviaşirkətinin HY-9610 saylı Moskva-Termez reysinin ekipajı təyinat aeroportunda güclü duman səbəbindən Səmərqəndə getmək qərarı verib", - “Uzbekistan Airports”un nümayəndəsi bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью