Moskvadan yeni açıqlama: İki yaşayış məntəqəsi ələ keçirilib

31.07.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yerləşən Verovka və Donetsk vilayətindəki Stenki yaşayış məntəqələrini nəzarətə götürdüyünü açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, sözügedən yaşayış məntəqələri Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib. Ukrayna tərəfi isə bununla bağlı hələlik rəsmi açıqlama verməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью