Moskvaİrəvan reysi duman səbəbindən Tbilisidə eniş edib

29.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

“Flyone” aviaşirkətinin Moskva-İrəvan reysi duman səbəbindən Tbilisidə eniş edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aviaşirkət bu məlumatı “Sputnik-Ermənistan”a təsdiqləyib.

“Flightradar24”ün məlumatına görə, təyyarə İrəvana çatsa da, hava şəraiti səbəbindən eniş etməyərək Gürcüstana uçub.

Təyyarənin İrəvana nə vaxt uçacağı barədə hələlik məlumat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью