Moskvanı hədəfə alan PUA nın hücumu dəf edilib

17.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan pilotsuz təyyarənin hücumunu dəf edib.

Bu barədə öz Teleqram kanalında paytaxt meri Sergey Sobyanin məlumat verib.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya uçan daha bir pilotsuz uçan aparatı məhv edib. Təcili yardım xidmətlərinin mütəxəssisləri dağıntılar yerində işləyir", - məlumatda deyilir.

Mer bundan əvvəl Moskvaya uçan iki PUA-nın vurulması barədə məlumat vermişdi.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью