​Moskvanın bütün aeroportları bağlandı VİDEO

10.10.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Moskvanın dörd hava limanının hamısı — Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski aeroportları təyyarələrin qəbulunu və uçuşunu müvəqqəti olaraq dayandırıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi olan “Rosaviasiya” məlumat yayıb.

Qurum açıqlama verərək məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq olunduğunu vurğulayıb.

Bundan az öncə isə Moskva meri Sergey Sobyanin paytaxt yaxınlığında 15 PUA-nın məhv edildiyini bildirib. Moskva hakimiyyətindən şəhərə hücumlar barədə başqa heç bir məlumat verilməyib.

“Rosaviasiya” hava limanlarının fəaliyyətini nə vaxt bərpa edəcəyini açıqlamayıb.

“AzPolitika.info”

View this post on Instagram


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью