Moskvanın daha bir aeroportunda məhdudiyyət...

19.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Moskvanın "Domodedovo hava limanı"nda təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

"Domodedovo hava limanı. Təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir", - məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə Moskvaya yaxınlaşan PUA-nın səmada məhv edildiyi açıqlanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью