Moskvanın ən qədim bazarı yanır Video

10.12.2024

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Moskvanın şimalında “Koptevski” bazarının ərazisində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğın 400 kvadrat metr ərazini əhatə edib.
Hadisə yerinə yanğınsöndürmə bölmələri cəlb olunub. Yanğın yerinin yaxınlığında ictimai nəqliyyatın hərəkəti dayandırılıb, yanğın lokallaşdırılıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Hazırda hadisə ilə bağlı prokurorluq araşdırma aparır və yanğının baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir.
Qeyd edək ki, “Koptevski” bazarı Moskvanın ən qədim bazarı hesab olunur.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью