Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Moskva vilayətinin hava limanlarında - Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskidə 37 aviareys iki saatdan çox yubanıb.
Reyting.az TASS-a istinadla xəbər verir ki, Moskva vaxtı ilə saat 12:00-a olan məlumata görə, Moskva vilayətinin hava limanlarında - Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskidə 37 reys 2 (iki) saatdan çox gecikib.
Mayın 21-22-də Rusiyanın mərkəzi hissəsində, o cümlədən Moskvada hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Hazırda Domodedovo və Jukovski təyyarələri qəbul etmir və göndərmir.
Rosaviatsia bundan əvvəl Moskva aeroportunun terminallarında sərnişin sıxlığının olmadığını bildirmişdi.
ELÇİN