Moskvanın İrəvandan Bakı və Ankara tələbi Lavrov açıqladı

23.05.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan bu planını həyata keçirmək üçün ilk növbədə Azərbaycanla sülh müqaviləsini imzalamaqla yanaşı, Türkiyə ilə münasibətlərinin normallaşmasına ehtiyac var.

Ölkə.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Ermənistanın “Sülh kəsişməsi” nəqliyyat layihə ilə bağlı mövqeyini açıqlayarkən deyib.

"Münaqişələrin aradan qaldırılması və bu münaqişələr nəticəsində nəqliyyat və iqtisadi əlaqələrə qoyulan qadağaların aradan qaldırılması, qitənin bu hissəsinin və bütün qitəmizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq", - Lavrov vurğulayıb.

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında tərəflərə bundan sonra da hər cür kömək göstərməyə hazır olduğunu qeyd edən Lavrov deyib: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır, biz onlara bu işdə səmimi qəlbdən uğurlar arzulayırıq".

Mürtəza
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью