Moskvanın mərkəzində atışma oldu

27.11.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın paytaxtı Moskvanın mərkəzində, Böyük Nikitskaya küçəsində naməlum şəxs münaqişədən sonra atəş açmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Hadisə Moskvanın mərkəzində, Böyük Nikitskaya küçəsində yerləşən kafenin yaxınlığında baş verib”, - deyə agentliyin həmsöhbəti bildirib.

İlkin məlumata görə, bir nəfər xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью