Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvanın mərkəzində ağırlıqqaldırma üzrə Rusiya və Avropa çempionu, FTX-nin hərbi əks-kəşfiyyat idarəsinin əməkdaşı Vladimir Feşenkonun meyiti tapılıb.Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, o, tapança ilə vurulub.
Güllə onun başına dəyib. Qətlə səbəb, ilkin versiyaya görə, hərbçi ilə məişət zəminində münaqişə olub.
Ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli idman ustası Vladimir Feşenkonun ölümü barədə "Baza" Telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, idmançının meyiti yanvarın 13-nə keçən gecə Moskvada aşkar edilib.
Məlumatlı mənbənin RBK-yə verdiyi məlumata görə, Rusiya "FSB"-nin hərbi əks-kəşfiyyat idarəsində işləyən Feşenko güllələnib: tapança gülləsi onun başına dəyib.
Hüquq-mühafizə orqanları TASS agentliyinə idmançının ölümü ilə bağlı məlumatı təsdiqləyərək bildiriblər ki, cəsəd “Moskvanın mərkəzində Olxovaya küçəsində” tapılıb.
Orada, “Diqqət, Moskva” Telegram kanalının qeyd etdiyinə görə, Müdafiə Nazirliyinin binalarından biri yerləşir.