Moskvanın mərkəzində kütləvi avtoqəza

27.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün axşam saatlarında Komsomolsk prospektində 4 nəqliyyat vasitəsinin iştirakı ilə avtomobil qəzası baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qəzanın iştirakçıları "Geely", "Changan", BMW и "Li Xiang" markalı avtomobillər olub. Sonuncu zərbənin təsirindən yanıb və 40 metrlik "alov divarı" əmələ gəlib.

Qeyd edək ki, qəzaya səbəb "Li Xiang" yolsuzluq avtomobilinin olduğu bildirilir. Belə ki, onun sürücüsü yol ayrıcını işıqforun qadağanedici işığında yüksək sürətlə keçərkən digər avtomobillərə çırpıb.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью