Moskvanın mərkəzindəki dəbdəbəli oteldə təcili təxliyə əməliyyatı həyata keçirilib

11.11.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Moskvanın mərkəzindəki dəbdəbəli "Azimut Otel"indən 700 nəfər təcili olaraq təxliyə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "SHOT Telegram" kanalı məlumat verib.

Əldə olan məlumata görə, Moskva vaxtı ilə səhər saat 4:30 radələrində Olimpiya Prospektindəki Azimut Otelində yanğın siqnalizasiyası işə düşüb.

Nəticədə 700-dən çox qonağın dərhal təxliyə edilməsi xahiş olunub. Onların arasında "LT FEST" teatr festivalında iştirak edən çoxlu uşaq da var idi. Şahidlər yanma və ya tüstü qoxusu hiss etmədiklərini iddia ediblər.

Bir müddət sonra qonaqlar otelə qayıtmağa başlayıblar. Elektrik kəsilməsinin yalançı yanğın siqnalizasiyasına səbəb olduğu güman edilir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью