Moskvanın və Kaluqanın hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub | Icma.az
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskvanın və Kaluqanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.
Qərar mülki hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi ilə izah olunub: “Məhdudiyyətlər əsasən paytaxtdakı “Şeremetyevo”, “Domodedovo, “Vnukovo”, “Jukovski”, eləcə də Kaluqada yerləşən hava limanında qüvvəyə minib”.
O da qeyd edilib ki, hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və aeroportların müvafiq xidmətləri uçuşların təhlükəsizliyi üçün vacib olan bütün tədbirləri həyata keçirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu