Moskvaya bomba gətirən Moldova vətəndaşı saxlanıldı

14.04.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Terror aktları törətmək üçün Kiyev tərəfindən işə götürülən və Rusiyaya bomba gətirən Moldova vətəndaşı Marius Prunyan saxlanılıb".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti  (FTX) məlumat yayıb. 

Bildirilir ki, 24 yaşlı Prunyan terror aktlarının təşkili üçün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sifarişi ilə Rusiyaya gəlib. Bundan əvvəl, 2022-2023-cü illərdə Prunyan Ukrayna Silahlı Qüvvələrinin muzdlu əsgəri olub və Ukrayna Silahlı Qüvvələrinin beynəlxalq legionunun tərkibində Artemovsk (Baxmut) ərazisində hərbi əməliyyatlarda iştirak edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью