Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub

13.10.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna ötən axşamdan Moskva regionu istiqamətində bu ilin ən böyük hücumlarından birini həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Moskva meri Sergey Sobyanin açıqladığı rəsmi statistikada yer alıb. 

“12 oktyabr saat 20:30-dan 13 oktyabr saat 07:00-dək Moskva regionu istiqamətində uçan 417 dron qeydə alınıb”, - mer sosial şəbəkə hesabında yazıb. 

Sobyanin dronların böyük hissəsinin hərbi hava qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirildiyini, 65 dronun isə Moskva yaxınlığında vurulduğunu bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью