Moskvaya doğru uçan 32 dron məhv EDİLDİ

10.11.2024

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan 32 pilotsuz təyyarənin hücumunu dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildirib."Müdafiə Nazirliyinin Ramenski şəhər rayonundakı hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib. Dağıntı və tələfat olmayıb”, - məlumatda deyilir.

Bununla yanaşı, Domodedovo və Kolomnada daha 28 PUA məhv edilib.

Bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi uçuşların təhlükəsizliyi üçün Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью