Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 26 nəfər yaralanıb.
Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib.
Moskva şəhərinin meri Sergey Sobyanin isə bildirib ki, paytaxt istiqamətində ümumi olaraq 370 PUA uçub.