Moskvaya FP 1 və “Bars” dronları ilə zərbə endirildi VİDEO

17.05.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ukraynanın FP-1 və “Bars” tipli pilotsuz uçuş aparatları ilə bu gün Moskva və Moskva vilayətinə zərbə endirilib.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Telegram kanalları yayıb.
Məlumata əsasən, hücum zamanı hədəf alınan obyektlər arasında əvvəllər ən güclü mühafizə olunan infrastruktur kimi qiymətləndirilən neft emalı zavodu (NEZ) da yer alıb.
Rusiya tərəfi isə hadisə ilə bağlı rəsmi təsdiq və ya ətraflı açıqlama verməyib.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью