Moskvaya gecə HÜCUMU

28.05.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Moskvaya mayın 28-nə keçən gecə pilotsuz uçuş aparatları ilə hava hücumu olub.  

Zelenoqradda hava hücumu nəticəsində texnoparkın ərazisində yanğın baş verib, binaya ziyan dəyib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Astra” nəşri və Moskva meri Sergey Sobyaninin “Telegram” kanalı məlumat yayıb.

Sobyaninin sözlərinə görə, ümumilikdə 33 pilotsuz təyyarə vurulub.

Eyni zamanda, o, dəfələrlə “ciddi dağıntı və tələfat olmadığını” və “fövqəladə hallar xidmətinin mütəxəssislərinin dağılmış dağıntılar yerində işlədiyini” bildirib.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью