Moskvaya gedən prezidentin təyyarəsi təcili BAKIYA ENDİ

07.05.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Hərbi paradda iştirak etmək üçün Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.

Modern.az bu barədə Serbiyanın "Tanjuq" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycana eniş etmək məcburiyyətində qalıb.

Uçuşun davam etdirilib-etdirilməyəcəyi məlum deyil.

Xatırladaq ki, Rusiyanın bir sıra şəhərlərində hava limanları Ukrayna hücumlarına görə bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью