Moskvaya güclü qar yağdı Gündəm olan görüntülər (Video)

26.11.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Rusiyanın paytaxtı Moskvada ötən gün intensiv qar yağışı müşahidə olunub.

Milli.Az xəbər verir ki, yağıntı nəticəsində şəhərin küçə və prospektləri qarla örtülüb, paytaxtın müxtəlif nöqtələrindən qış fəslinin gözəlliyini əks etdirən görüntülər yayılıb.

Məlumata görə, Moskvada son 15 ilin noyabr ayı üzrə ən güclü qar yağışlarından biri qeydə alınıb. Bəzi ərazilərdə qarın qalınlığı 18 santimetrə qədər yüksəlib.

Şəhərin ağ örpəyə bürünmüş mənzərələri sosial şəbəkələrdə də maraqla qarşılanıb. İnsanların yaşadığı çətin və eyni zamanda əyləncəli anlar diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью