Moskvaya hədəflənən PUA lar məhv edilib

23.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskva istiqamətində uçan 9 pilotsuz uçuş aparatının hücumunu dəf edib.

Bu barədə paytaxt meri Sergey Sobyanin öz Telegram kanalında məlumat verib.

Sobyanin hərbçilərin daha üç PUA-nı məhv etdiyini bildirib. Son 24 saat ərzində paytaxta doğru uçan 51 pilotsuz təyyarənin hücumu dəf edilib. Moskva merinin sözlərinə görə, mayın 21-i çərşənbə günü günorta saatlarında daha 27 PUA məhv edilib.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью