Moskvaya hücumun kəşfiyyat məlumatını Kiyevə ABŞ verib

24.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələri, o cümlədən Moskvadakı hərbi obyektlər və neft emalı zavoduna hücumlar ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Nəşr detalları açıqlamayıb, amma bildirib ki, Ukraynanın Qərb müttəfiqləri Vaşinqtonu kəşfiyyat məlumatlarını verməyə davam etməyə çağırıblar.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna Moskva şəhəri və Moskva vilayətinə PUA zərbələri endirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью