Moskvaya ilin ən böyük hücumu edildi: ölən var Video

11.03.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Gecə saatlarında Leninsk şəhər rayonunda və Domodedovoda kütləvi PUA hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

“Bu gün səhər saat 4-də Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu başlayıb. Hazırda Leninski şəhər rayonunda və Domodedovoda bir nəfərin öldüyü, üç nəfərin yaralandığı məlumdur”, - o bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva şəhəri və Moskva vilayəti üzərində 91 PUA zərərsizləşdirilib.

Qeyd edilib ki, bu, 2025-ci ildən bəri Moskva şəhəri və Moskva vilayətinə edilən ən böyük hücumdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью