Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.
Redaktor.az xəbərinə görə, paytaxt meri Sergey Sobyanin şəhərə yaxınlaşan 16 dronun vurulduğunu açıqlayıb.
Qeyd edək ki, ötən gün Moskva şəhəri və Moskva vilayəti Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Moskva Neft Emalı Zavodu və "Sadovod" ticarət mərkəzinə ziyan dəyib. Moskva vilayətində iki uşaq daxil olmaqla 16 nəfər xəsarət alıb.