Moskvaya kütləvi hücum: Şəhər meri səmada 542 dronun olduğunu dedi

29.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskva meri Sergey Sobyanin Rusiyanın paytaxt bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, S.Sobyaninin "Telegram" kanalında yaydığı məlumata görə, noyabrın 28-i saat 17:00-dan noyabrın 29-u saat 07:00-dək Moskva vilayəti istiqamətində 542 dron uçub.
 

Merin iddiasına əsasən, PUA-ların əksəriyyəti uzaq məsafələrdə Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib, 105 dron isə bilavasitə Moskvaya yaxınlaşarkən vurulub. Hazırda S.Sobyaninin açıqladığı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.


Qeyd edək ki, hücumla əlaqədar Moskva regionundakı hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib və uçuşlar yalnız səhər saatlarında bərpa olunub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью