GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskini danışıqlar üçün Moskvaya dəvət etməsi birmənalı qarşılanmadı.
Bu, Kreml rəhbərinin müharibənin bitməsinə razı olmaması, ikitərəfli danışıqlardan imtinası kimi dəyərləndirilir.
Digər tərəfdən isə ABŞ Prezidenti Donald Trampın Ukrayna prezidentinə Moskvaya getməsi üçün təzyiq göstərə biləcəyi deyilir.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, ötən günlərdə Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan “Ukraynanın dostları” qrupu 30-a yaxın dövlət başçısının iştirakı ilə Parisdə iclas keçirib: “Toplantıda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edirdi.
Aparıcı ölkə qismində isə Fransa çıxış edirdi. Görüşdə kifayət qədər ciddi məsələlər müzakirə olundu.
Əsas məqamlardan biri Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 26 dövlətin razılığının təsdiqlənməsi idi.
Belə ki, Kiyev və Moskva arasında anlaşma əldə olunacağı təqdirdə, bu ölkələr öz hərbi kontingentlərini Kiyev ərazisinə yerləşdirə bilərlər.