Moskvaya pis xəbər: Tramp gözlənilən qərarı elan edəcək

14.07.2025

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynaya silah tədarükü planını təqdim etmək niyyətindədir”.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“O, Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə elan edə bilər. Bu, Trampın siyasətində böyük dəyişiklik deməkdir”, – deyə bildirilib.

Portalın mənbələri iddia edir ki, Trampın planında Rusiya ərazisinin dərinliklərində, o cümlədən Moskvada hədəflərə çata bilən uzaqmənzilli raketlərin Ukraynaya mümkün transferi bəndi ola bilər.

Eyni zamanda bu məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyi bilinmir. /globalinfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью