Moskvaya PUA hücumu olub

21.05.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın paytaxtına PUA hücumu olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.

O bildirib ki, Ukraynaya məxsus dörd PUA Moskvaya hücum edib. Onların hamısı Moskva vilayəti ərazisi üzərində vurulub.

PUA hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью