Moskvaya səfəri etirazlara səbəb oldu

23.12.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Slovakiya müxalifəti baş nazir Robert Fitsonun Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə görə Bratislavada mitinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.

“Slovakiyanın paytaxtında yüzlərlə insan bazar ertəsi hökumət binası qarşısında baş nazir Fitsonun səfərinə qarşı etiraz aksiyası keçirib”, - məlumatda qeyd olunub

Etirazın təşkilatçıları Slovakiya hökumətinin başçısını guya Rusiyanın təsirini təşviq etməkdə ittiham edən Ukraynaya dəstək tərəfdarları olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью