Moskvaya son 2 ilin ən kütləvi dron hücumu oldu

07.07.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ötən gecə ərzində Rusiyaya kütləvi şəkildə dronlar və raketlərlə hücum həyata keçirib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, Moskva ətrafında yüzlərlə dron vurulub, Belqorodda isə “Qazprom”un obyektinə zərbə endirilib.

Moskva meri Sergey Sobyanin Moskva regionu istiqamətində 430 dronun uçuşunun qeydə alındığını bildirib.

“Hərbi hava qüvvələri dronların çoxunu uzaq məsafələrdə zərərsizləşdirib. 36 dron Moskvaya yaxınlaşarkən məhv edilib”, - mer açıqlayıb.

Dron və raket hücumuna məruz qalmış Belqorodda isə çoxsaylı partlayışlar qeydə alınıb. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью