Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiyanın paytaxtı Moskvaya doğru uçan 10 PUA məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Maks" kanalında məlumat paylaşıb.
O bildirib ki, dronlar hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib.
PUA qalıqlarının düşdüyü ərazilərə fövqəladə hallar xidmətinin əməkdaşları baxış keçirir.