Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR Krasnoyarskda məcburi eniş etdi

09.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Şanxaydan Moskvaya uçan təyyarə sərnişinin xəstəliyi səbəbindən Krasnoyarskda məcburi eniş edib.

Publika.az xəbər verir ki, bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.

"Saat 15:45-də Şanxaydan Moskvaya uçan "Aeroflot Boeing 777" sərnişinin xəstəliyi səbəbindən Krasnoyarsk hava limanına məcburi eniş edib", - məlumatda deyilir.

Xəstə ilə birlikdə ailəsi, ümumilikdə 5 nəfər təyyarədən çıxarılıb. Enişdən iki saat sonra təyyarə təyinat yerinə yollanıb.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью