Moskvaya yağan güclü qar nəqliyyatın hərəkətini və hava limanlarının fəaliyyətini çətinləşdirir

27.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Moskva, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-nə keçən gecə Moskvaya aylıq yağıntının təxminən 20 faizi düşüb ki, bu da Rusiya paytaxtında ciddi tıxaclara və hava limanlarında fasilələrə səbəb olub.

AZƏRTAC xəbər verir ki, “Yandex Traffic”in məlumatlarına görə, yağan güclü qar fonunda bu səhər Moskvada səkkiz ballıq tıxac yaranıb, taksi qiymətləri isə bəzi hallarda yüksək tələbat səbəbindən 3,5 dəfəyə qədər artıb.

Yağan güclü qar, həmçinin aviareyslərdə genişmiqyaslı gecikmələrə və onların ləğvinə səbəb olub. Dünən gecədən bəri Moskva hava limanlarında 100-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib. “Şeremetyevo” hava limanı günortaya qədər təyyarələrin idarə olunmasını müvəqqəti olaraq dayandırıb və aviaşirkətlər cədvəllərini tənzimləyir. Çətin hava şəraitinə baxmayaraq, “Vnukovo” hava limanı normal fəaliyyətini davam etdirir. Moskva üçün narıncı hava xəbərdarlığı yanvarın 29-na qədər qüvvədə qalacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью