Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Rusiyanın paytaxtı Moskva şəhəri bir gündə yağan qar miqdarına görə rekord qırmaq üzrədir.
525.az Rusiya mediasına istinadən xəbər verir ki, qısa çəkən mülayim havadan sonra dünən gecə paytaxtda qar fırtınası daha da güclənib. Sinoptiklər xəbərdarlıq edirlər ki, qar yığınları daha 20 santimetr böyüyəcək. Bu, təxminən yarım əsrdir davam edən gündəlik qar yağışı rekordunu qırmaq üçün kifayət edəcək göstəricidir.
Güclü qar yağışı təkcə Moskvanı deyil, bütün mərkəzi bölgəni bürüyüb. Yağıntılar cümə axşamına qədər davam edəcək və bu müddət ərzində aylıq yağıntının dörddə biri düşəcək.
Okeanın o biri tərəfində də qar fırtınası hökm sürür. ABŞ-da həftənin əvvəlindən bəri kəskin hava şəraitindən 42 nəfər ölüb. Ümumilikdə, bu qeyri-adi soyuq ABŞ-da 200 milyon insana təsir edib. Kütləvi elektrik kəsintiləri səbəbindən bir çoxları hələ də evlərində elektriksiz qalıb.
ŞAHANƏ