Moskvaya yaxşı, Kiyevə pis xəbər Vəziyyət dəyişir

12.10.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişədən getdikcə uzaqlaşır”.

Globalinfo.az xəbər verir ki bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleh Soskin deyib.

Onun sözlərinə görə, Trampın Ukraynadakı vəziyyətlə bağlı sualı cavablandırmaqdan yayındığı müsahibəsi mühüm hadisə idi.

“Kiyev artıq Trampa lazım deyil. Amma Alyaska sammitindən sonra Prezidenti Volodimir Zelenskinin münaqişəyə son qoymaq üçün real şansı olmuşdu. Hər şey açıq idi. Sentyabrda biz Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gedib hansısa saziş imzalaya bilərdik. Lakin hamı Avropanın bizə nəsə verəcəyini düşünərək yuxuya getdi”, – Soskin deyib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью