“Moskvaya zərbə endirə bilərsən?” Zelenskiyə bu sualı verdi

15.07.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə 4 iyul tarixli telefon danışığı zamanı Ukraynanın Moskvaya zərbə endirib-endirə bilməyəcəyini soruşub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Söhbət zamanı, həmçinin ABŞ prezidenti yalnız Moskvaya deyil, həm də Sankt-Peterburqa təzyiqin artırılmasının vacibliyini ifadə edib: “Volodimir, Moskvaya zərbə endirə bilərsən? Sankt-Peterburqa da?”

Zelenski Trampın sualına cavab olaraq bildirib ki, belə bir əməliyyat yalnız Vaşinqton tərəfindən müvafiq silahların verilməsi halında mümkün ola bilər: “Əlbəttə. Əgər siz bizə silah versəniz, edə bilərik”.

Danışıqlardan sonra ABŞ rəsmiləri Ukraynaya üçüncü ölkələr vasitəsilə təmin edilə biləcək uzaqmənzilli zərbə sistemlərinin siyahısını təqdim ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью