“Moskviç” yeni modelin buraxmağa hazırlaşır

15.10.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiyanın “Moskviç” avtomobil zavodu 2025-ci ilin sonuna kimi yeni M70 modelinin genişmiqyaslı buraxılışına başlamağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti markanın dilerlərindən birinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, M70 modelinin ilk avtomobillərinin yığımına dekabrda start veriləcək və 2026-cı ilin əvvəlində diler şəbəkəsinə çatdırılacaq.

Mətbuatın məlumatına əsasən, Rusiyanın “Moskviç” zavodunun yeni tərəfdaşı Çinli SAIC konsernidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью