Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yenidən fəaliyyət başlayan məşhur “Moskviç” zavodu yeni modellərin istehsalını planlaşdırır.
“Yeni Sabah” xəbər verir ki, sovet dövrünün məşhur avtomobil markası cari ilin sonunadək “Moskviç 8” və “M90” modellərinin elektromobil versiyalarını hazırlayacaq.
Ukrayna ilə aparılan müharibə səbəbindən çip və hibrid batareya əldə etməkdə çətinlik çəkən şirkət bu sahədə Çinin xidmətindən yararlanacaq. pizza
Xatırladaq ki, "Moskviç" zavodu 23 noyabr 2022-ci il tarixində rəsmi olaraq yenidən fəaliyyətə başlayıb.
Fransanın "Renault" şirkəti Rusiyadakı aktivlərini təhvil verib bazardan çıxdıqdan sonra yeni "Moskviç 3" krossoverlərinin seriyalı yığılmasına start verilib.