MOSSAD ın casusluq iddiası ilə bağlı qərar verildi

12.04.2025

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

İstanbul 23-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər Cem Özcan, Özkan Arıcan, Füzuli Şimşək, Dila Sultan Şimşək və Nejdet Majoli və vəkilləri iştirak edib.
Turkustan.az xəbər verir ki, işi yekunlaşdıracağını açıqlayan məhkəmə heyəti müttəhimlərdən son sözlərini istəyib.
Bütün təqsirləndirilən şəxslər bəraət hökmü çıxarılmasını istəyiblər.
Məhkəmə müttəhim Ahmet Ersin Tumlucalıya "məxfi qalması vacib olan məlumatları dövlətin təhlükəsizliyi və ya daxili və ya xarici siyasi mənfəətlər üçün, siyasi və ya hərbi casusluq məqsədi ilə əldə etmək" ittihamı ilə 18 il 9 ay həbs cəzasına məhkum edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью