Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzetinin araşdırmasında məlumat verilib.
Araşdırma onlarla israilli, iranlı və amerikalı rəsmi şəxslə, həmçinin Aradın axtarışlarında iştirak etmiş şəxslərlə müsahibələr əsasında hazırlanıb.
Əməliyyat barədə NYT-yə danışan ABŞ-nin keçmiş yüksəkvəzifəli üç məmurundan biri Əsgərinin gəmidə dindirildiyini, daha sonra isə meyitinin Qara dənizə atıldığını iddia edib.
Əsgərinin həyat yoldaşının sözlərinə görə, o, 2006-cı ilin dekabrında İstanbulda qaldığı hoteldən yoxa çıxıb.
Əsgəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələrinin generalı olub, "Hizbullah" rəhbərləri ilə əlaqə saxlayıb və Aradın itkin düşməsindən qısa müddət sonra Livana gəlib.
İsrail uzun illər Əsgərinin yoxa çıxmasında iştirakını inkar edib. Bununla belə, ABŞ-nin keçmiş rəsmilərindən birinin sözlərinə görə, sonrakı danışıqlar zamanı İsrail nümayəndələri amerikalı həmkarlarına Əsgərinin öldüyünü bildiriblər.