MOSSAD rəhbəri ABŞ da: İranla müharibə başlayır?

13.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

MOSSAD rəhbəri Devid Barnea İranla qarşıdurma ilə bağlı danışıqlar aparmaq üçün ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Vaşinqtona səfər edib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Barnea Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüşüb. Həmçinin, onun Ağ Evin nümayəndəsi Stiv Vitkoffla görüşmək üçün Mayamiyə səfər etməsi gözlənilir.

Səfərlə bağlı MOSSAD, MKİ və Ağ Ev şərh verməkdən imtina ediblər.

ABŞ mənbəsinin bildirdiyinə görə, Tramp indiyədək İsrail Baş naziri Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq istiqamətindəki təzyiqlərini rədd edib.

Qeyd edək ki, Tramp və Netanyahu noyabrın 5-də telefon danışığı zamanı İranla qarşıdurma məsələsini müzakirə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью