“Mossad” rəhbəri ABŞ rəsmiləri ilə görüşlərdə İrana birgə zərbələr endirilməsini təklif edib

19.11.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Qofman ABŞ rəsmiləri ilə görüşlərində İrana qarşı ABŞ-İsrail birgə hərbi zərbələrinin endirilməsini dəstəkləyib.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Qofman ötən həftə ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb.

Görüşlər zamanı o, İsrail kəşfiyyatının İran və bu ölkənin nüvə proqramı ilə bağlı məlumatlarını təqdim edib.

Təxminən eyni vaxtda ABŞ-da olan İsrailin sabiq strateji planlaşdırma naziri Ron Dermer də Tramp administrasiyasının nümayəndələri ilə görüşlərində İrana qarşı birgə zərbələrin endirilməsini dəstəkləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью