Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın illər əvvəl İstanbulda yoxa çıxan iranlı general Əlirza Əsgərini oğurlayaraq öldürməsi ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb.
Turkustan.az xəbər verir ki, "The New York Times" (NYT) nəşrinin apardığı araşdırma və sabiq ABŞ rəsmilərinin açıqlamaları İsrail xüsusi xidmət orqanlarının xaricdə həyata keçirdiyi gizli əməliyyatların pərdəarxasını işıqlandırıb.
Məlumata görə, son iki onillikdə İsrail xaricdə iki iranlı generalın oğurlanması əməliyyatını həyata keçirib. Bunlardan biri Suriyada, digəri isə Türkiyədə baş tutub.
Suriyadakı əməliyyat zamanı general Abdolla Saberi xüsusi olaraq böyük soyuducu qutusunda ölkədən çıxarılıb. İkinci səs-küylü əməliyyat isə 2006-cı ildə İstanbulda itkin düşən Əlirza Əsgəri ilə bağlı olub.
Ron Arad
Qaçırıldıqdan sonra "Mossad" agentləri tərəfindən həftələrlə dindirilən Əsgəridən əsas məqsəd 1986-cı ildə Livanda itkin düşmüş israilli şturman Ron Aradın taleyi haqqında məlumat almaq olub.
Lakin sorğu-suallar gözlənilən nəticəni verməyib və generalın bu məsələdən xəbərsiz olduğu üzə çıxıb.
Sabiq amerikalı yüksək vəzifəli rəsmilərin bildirdiyinə görə, dindirmənin nəticəsiz qalmasından sonra "Mossad" sabiq iranlı generalı məhv edib və cəsədini Qara dənizə atıb.
/Musavat.com