Mossad Tehranın mərkəzində ələ aldığı agentlərini hansı əsaslarla seçib | Icma.az
Icma.az, Bizimyol saytına istinadən bildirir. Keçmiş Mossad əməkdaşı İrana qarşı uzunmüddətli düşmənçiliyə baxmayaraq, İsrailin İslam Respub
Bizimyol.info xəbər verir ki, Mossadda 24 il xidmət edən Odəd İlam "Bild" qəzetinə verdiyi müsahibədə İsrailin casusluq təşkilatının İran ər
İlamın sözlərinə görə, Mossadın uğurunun açarı İranın mürəkkəb sosial quruluşundadır.
“İran əhalisinin yalnız 40%-i farslardır”, - deyən İlam bildirib və etnik müxtəlifliyin İran hakimiyyətinin cəmiyyəti nəzarətdə saxlamağını çox çətinləşdirdiyini açıqlayıb.
"Cəmiyyətin izlənməsi sistemi çox böyük boşluqlarla xarakterizə olunur; bu, Şərqi Almaniyada Ştazinin fəaliyyətləri ilə müqayisə edilə bilməz," – deyə o əlavə edib.
Keçmiş Mossad əməkdaşı, kürdlər, türkmənlər, beluçlar və azərbaycanlılar kimi müxtəlif etnik qrupların agent cəlb etmək üçün potensial baza yaratdığını qeyd edib.
O, Mossada əməkdaşlıq etməyin səbəbinin hər zaman İsrailin dəstəyini və ya maddi mükafatı olmadığını, çox vaxt bu əməkdaşlığın İran rejimindən narazılıq və ölkədəki sosial-iqtisadi vəziyyətin nəticəsi olduğunu qeyd edib.
“İranda çoxlu narazı insanlar var. Cəmiyyətin əhəmiyyətli bir hissəsi yoxsulluq içində yaşayır.
Tam oxu
Xəbəri oxu