Motoblokun altında qalan qadın öldü

30.07.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Faiq Əhmədov idarə etdiyi motoblokla Çinartala kəndində hərəkətdə olduğu zaman piyada Əhmədova Qəmər Abusətdar qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью