Motoroladan yeni qatlanan telefon: Xüsusiyyətləri və təqdimat tarixi məlum oldu

27.11.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Motorola şirkətinin yeni qatlanan smartfonu Razr 2027-nin görüntüləri və texniki xüsusiyyətləri internetə sızdırılıb.

Lent.az xəbər verir ki, telefonun 2027-ci ilin yanvarında, Las-Veqasda keçiriləcək CES sərgisi çərçivəsində təqdim olunacağı gözlənilir.

Smartfonun 6,9 düymlük əsas, 4 düymlük xarici OLED ekranla təchiz ediləcəyi bildirilir. Cihazın “MediaTek Dimensity 7550X” prosessoru, 8 GB operativ yaddaşı, 256 GB daxili yaddaşı və 5000 mAh batareyası olacaq. Həmçinin 50 meqapiksellik iki arxa kamera və 32 meqapiksellik ön kamera nəzərdə tutulub.

Məlumatda 45 Vt sürətli enerji yığma dəstəyinin də olacağı qeyd edilir. Şirkət hələlik telefonun xüsusiyyətlərini və təqdimat tarixini rəsmi təsdiqləməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью